Antifidantlar

Antifidantlar (anti… + ing. feed – qidalanmaq) – bitkiləri, bəzən də bitki və heyvan mənşəli məhsulları zərərvericilərin yeməsindən mühafizə etmək məqsədilə işlədilən maddələr. Həşəratfitofaq antifidantları daha çox öyrənilmişdir. Antifidantlar həşəratları repellentlər kimi qorxutmur; həşəratlar bitkiyə zərər vermədən onun üzərinə qonur. Bəzən antifidantlarla kontaktdan sonra onlar bir müddət, demək olar ki, heç qidalanmırlar. Həşərat antifidantları, əsasən, bitkilərin sintez etdiyi ikincili birləşmələrdir. Bitkinin belə maddə hasil etməsi üçün onun genomunu biotexnoloji üsullarla dəyişirlər. Ayrı-ayrı həşərat və gənə növlərinin antifidantları pestisidlər də ola bilər. Məsələn., mis-xloroksid fungisidləri (Kolorado böcəyini məhv etmək üçün), bəzi insektisidlər (hörümçək gənələrini məhv etmək üçün). [1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 537. ISBN 978-9952-441-02-4.

Developed by StudentB